“İstərdim ki, Messi futbolkasını mənə hədiyyə etsin”
08.06.2010 - 15:54
“İstərdim ki, dünya çempionatında idarə edəcəyim Argentina və Nigeriya matçından sonra Leonel Messi futbolkasını mənə hədiyyə etsin. Düzdür, matçdan sonra bu forma üçün rəqabət kifayət qədər güclü olacaq və nigeriyalı futbolçular da onu əldə etməyə çalışacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında Argentina və Nigeriya yığmaları arasında oyunu idarə edəcək almaniyalı hakim Volfqanq Ştark deyib.
Stark oyunun maraqlı keçəcəyi və Argentinanın qrup birincisi olacağı ilə bağlı proqnoz da verib: “Oyun çox gərgin və maraqlı keçəcək. Maradonanın komandası rəqiblərinin düzgün dəyərləndirsə, qrupda lider olacaq. Onların çempion olmaq şansı da az deyil”.
40 yaşlı hakim iyunun 12-də baş tutacaq görüşə hazır olduğunu da bildirib: “İlk meydana çıxacağım matçda Afrika və Cənubi Amerika nəhəngləri qarşılaşsalar da, problem olacağına inanmıram. Artıq briqadam oyuna tam hazırdır”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” və “Arsenal” görüşündə də Volfqanq Ştark baş hakim olub və argentinalı ilə qarşılaşıb. 4:1 hesabı ilə başa çatan həmin qarşılaşmada isə Leonel Messi karyerasının ən gözəl oyunlarından birini oynayaraq poker edib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0