Dünya çempionatının ən hündür və bəstəboy futbolçusu bəlli oldu
11.06.2010 - 10:50
Dünya çempionatının ən ucaboylu futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, Serbiya yığmasının hücumçusu Nikola Jiqiç bu gün startı verilən mundialın hündür oyunçusudur. 2,02 metr boya malik Jiqiç İngiltərə yığmasında həmkarı Piter Krauçdan 1 santimetr böyükdür.
Nikola Avro-2008-nin seçmə mərhələsində milli komandamızla hər iki rəsmi oyunda Fərhad Vəliyevin qoruduğu qapıya yol tapıb. O, Belqradda yeganə qolun müəllifi (1:0) olmuş, Bakıda isə (1:6) dubl etmişdi.
Krauçun komanda yoldaşı Aron Lennon isə mundialın ən bəstəboy futbolçudur. Yarımmüdafiəçi cəmi 1,65 metr boya malikdir. Serbiya təkcə Jiqiqçlə yox, mundialın ən hündür yığması (orta boy 185,96) olması ilə öyünə bilər. Ən bəstəboy yığması isə (176,48) Çilidir.
Mundialda ən çox “Barselona” klubu təmsil olunub. Belə ki, dünyanın ən güclü klublarından birinin 14 futbolçusu müxtəlif yığmalarda yer alıb. Bunların 8-i İspaniya (Serxio Buskets, Viktor Valdes, David Vilya, Andreas İnyesta, Pedro Rodriges, Xerrard Pike, Karles Puyol, Xavi Ernandes), 2-si Fransa (Erik Abidal, Tyerri Anri), 1-i Argentina (Lionel Messi), 1-i Braziliya (Daniel Alves), 1-i Kot D’İvuar (Yaya Ture), 1-i Meksikadır (Rafael Markes).
Turnirdə ən çox İngiltərə çempionatında oynayanlar təmsil olunacaq – 119 futbolçu. Turnir iştirakçılarından yığmada ən çox qol vuran Karlos Pavon (Honduras, 57), ən çox oyun keçirən Riqober Sonqdur (Kamerun, 137).
İlk dəfə Afrikada keçirilən mötəbər turnir ata-bala, qohumları da birləşdirəcək. Slovakiya yığmasının heyətində iki Vladimir Vayss təkcə adaş yox, ata-baladır. Bunlardan biri baş məşqçi, digəri yarımmüdafiəçidir. ABŞ yığmasının baş məşqçisi Bob Bredli oğlu Mayk Bredlini də Cənubi Afrika Respublikasına aparıb. Sloveniya yığmasının qapıçıları Samir Handanoviçlə Yasmin Handanoviç əmioğludur.

0
0