Dünya Boks Liqası Azərbaycanda keçiriləcək
11.06.2010 - 11:24
Beynəlxalq Həvəskar Boks Federasiyasının və Beynəlxalq Olimpiya Komitəsinin birgə dəstəyi ilə boksun inkişaf etdirilməsi və kütləviləşməsi məqsədilə yeni - Dünya Boks Liqası yaradılıb. Apasport.az saytının məlumatına görə, noyabr ayından start götürəcək turnirin mərhələ yarışları 12 şəhərdə keçiriləcək. Dünən baş tutan AİBA-nın iclasında ev sahibliyi edəcək şəhərlər arasında Bakının da adı təsdiqlənib.
Qeyd edək ki, Dünya Boks Liqasının digər mərhələləri Çikaqo, Los-Anceles, Nyu-York, Meksika Siti, İstanbul, Paris, Milan, Moskva, Astana, Dehli və Pekin şəhərlərində təşkil ediləcək.
Qeyd edək ki, Dünya Boks Liqasının digər mərhələləri Çikaqo, Los-Anceles, Nyu-York, Meksika Siti, İstanbul, Paris, Milan, Moskva, Astana, Dehli və Pekin şəhərlərində təşkil ediləcək.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0