Boksçumuz Avropa çempionatında daha bir ermənini nokauta saldı
11.06.2010 - 12:33
Rusiyanın paytaxtı Moskvada keçirilən boks üzrə Avropa çempionatında bu gün yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşündə Rusiyanı təmsil edən erməni əsilli David Ayrapetyana qalib gələn həmyerlimiz Elvin Məmişzadə (48 kq) 1/2 finalda da düşmən ölkənin idmançısını sınağa çəkib.
Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən boksçumuz finala gedən yolda Hovhannes Danielyanla (Ermənistan) qarşılaşıb. Döyüşə inamlı başlayan Məmişzadə erməni idmançısını rinqə çıxmağa peşman edib. Təmsilçimiz rəqibin 1 dəqiq zərbəsinə 8 zərbə ilə cavab verib. Ən yüngül çəkidə mübarizə aparan Məmişzadə finalda rinqə irlandiyalı Patrik Barnes və ispaniyalı Joze de la Nieve Linares cütünün qalibini dəvət edəcək.
Xatırladaq ki, Avropa çempionatına 11 boksçu ilə yollanan Azərbaycan yığmasının heyətində İlkin Ağayev (54 kq), Heybətulla Hacıəliyev (57 kq), Romal Amanov (60 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Ramazan Məhəmmədov (81 kq), Emil Məhərrəmov (64 kq), Rəşad Abdullayev (91 kq) və Fərid Paşayev (+91 kq) ilk mərhələdəcə mübarizəni dayandırıblar. Məhəmməd Abdulhəmidov (51 kq) isə növbəti mərhələyə yüksəlsə də, sənədləri qaydasında olmadığından yarışdan kənarlaşdırılıb.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0