Yığmamızın sabiq baş məşqçisi dünya kubokundan ikiəlli yapışıb - FOTO
11.06.2010 - 15:23
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres bu gün startı verilən DÇ-2010-da yığmasından uğur gözləyir. Apasport.az saytının məlumatına görə, 66 yaşlı braziliyalı mütəxəssis bunu vaxtilə çalışdırdığı millimizin yox, həmvətənlərinin gerçəkləşdirəcəyinə ümid edir.
Braziliya yığmasının çempion heyətinin kapitanı olmuş Torres heç vaxt öz millisinin məşqçisi olmayıb. 40 il əvvəl Meksikada Jül Rime kubokunu başı üzərinə qaldıran kapitan onu məşhur komanda yoldaşı Pele ilə birlikdə həmişəlik Braziliyaya aparıb.
Maraqlıdır ki, həmin kubok 1983-cü ildə oğurlanaraq əridilib və bununla da cinayətkarlar izi itirib. Bəlkə də bu səbəbdəndir ki, yığmamızın sabiq çalışdırıcısı sonradan hazırlanmış yeni kuboka ikiəlli bərk-bərk sarılıb, onu öpüşünə qərq edib.
Qeyd edək ki, Torres 2004-cü ilin fevralından 2005-ci ilin iyununadək yığmamızı çalışdırıb.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0