Boksçumuzun Avropa çempionatının finalında rəqibi bəlli oldu
11.06.2010 - 15:25
Rusiyanın paytaxtı Moskvada keçirilən boks üzrə Avropa çempionatında finalçıların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə Azərbaycanın idman şərəfini 48 kq çəkidə qüvvəsini sınayan Elvin Məmişzadə rinqə çıxacaq.
İlk 2 görüşündə Rusiyanı təmsil edən erməni əsilli David Ayrapetyanı və Ermənistan idmançısı Hovhannes Danielyanla qalib gələn həmyerlimiz finalda irlandiyalı Patrik Barneslə qarşılaşacaq. Məmişzadənin rəqibi yarımfinalda ispaniyalı Joze de la Nieve Linaresi mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi sabah saat 17:00-da start götürəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0