Dünya çempionatına yollanan federasiya prezidenti həbs olundu
11.06.2010 - 16:07
Ruanda Futbol Federasiyasının prezidenti Jan Bosko Kazura həbs olunub. Apasport.az saytının məlumatına görə, qurum rəhbərinin saxlanılmasına onun CAR-da keçirilən dünya çempionatının final mərhələsinə getmək arzusu səbəb olub. Daha doğrusu, artıq bu həftənin əvvəlindən mundialın keçiriləcəyi ölkədə olan Kazura geri çağırılıb və həbs olunub.
Məsələ ondadır ki, orduda zabit olan federasiya prezidenti hökumətin razılığı olmadan ölkəni tərk edib. Mövcud qanunlara görə, zabitlər ölkəni icazə olmadan tərk edə bilməz. Ruanda ordusunun rəhbərlərindən olan Cill Rutaremara bunu belə izah edib: “Kazura CAR hökumətindən rəsmi təklif almaqla ora yollanıb. Lakin bu onun hərəkətlərinə bəraət qazandırmır”.
Qeyd edək ki, bütün milli assosiasiyaların rəhbərləri mundialın açılışında iştirak edir.

0
0