Mundialların açılış oyunlarında 16 ildir heç-heçə olmur
11.06.2010 - 18:12
Mundialların açılış oyunlarında 16 ildir heç-heçə olmur
Bu gün start götürən dünya çempionatının final mərhələsinin CAR və Meksika arasında ilk oyunu mundiallar tarixinin 18-ci açılış matçıdır. Apasport.az saytının məlumatına görə, 76 il əvvəlki çempionatda 8 görüş eyni vaxtda başladığından açılış oyunu baş tutmayıb.

Ardıcıl ikinci dəfədir ki, açılış matçı meydan sahiblərinin iştirakı ilə keçirilir. Belə ki, 2002-ci ildə bu funksiya dünya çempionu Fransaya həvalə olunmuşdu. Açılış oyunlarında artıq 16 ildir heç-heçə qeydə alınmır. Sonuncu heç-heçə 1994-cü ildə qeydə alınıb.

13 iyul 1930. Uruqvay
Fransa – Meksika - 4:1

Montevideo. 3000 tamaşaçı.
Hakim: Dominqo Lombardi

27 may 1934. İtaliya
Səkkiz oyun eyni vaxtda başlayıb.

4 iyun 1938. Fransa
İsveçrə - Almaniya – 1:1

Paris. 27000 tamaşaçı.
Hakim: Con Lanqenus

24 iyun 1950. Braziliya
Braziliya – Meksika - 4:0

Rio-de-Janeyro
Hakim: Jorj Rider

16 iyun 1954. İsveçrə
Braziliya – Meksika – 5:0

Cenevrə. 13000 tamaşaçı
Hakim: Raymon Visslinq

8 iyun 1958. İsveç
AFR - Argentina – 3:1

Malmö. 32000 tamaşaçı
Hakim: Recinald Lif

30 may 1962. Çili
Uruqvay – Kolumbiya – 2:1

Kolumbiya Arika. 7908 tamaşaçı
Hakim: Andor Dorod

1 iyul 1966. İngiltərə
İngiltərə - Uruqvay – 0:0

London. 87000 tamaşaçı
Hakim: İştvan Jolt

31 may 1970. Meksika
Meksika – SSRİ – 0:0

Mexiko. 107000 tamaşaçı
Hakim: Kurt Çenşer

14 iyun 1974. AFR
AFR – Çili - 1:0

Berlin. 83168 tamaşaçı
Hakim: Doğan Babacan

2 iyun 1978. Argentina
İtaliya – Fransa – 2:1

Mar-del-Plata. 38100 tamaşaçı
Hakim: Nikolae Raynya

14 iyun 1982. İspaniya
İtaliya – Polşa - 0:0

Viqo. 33000 tamaşaçı
Hakim: Mişel Votro

31 may 1986. Meksika
İtaliya – Bolqarıstan - 1:1

Mexiko. 114500 tamaşaçı
Hakim: Erik Fredriksson

9 iyun 1990. İtaliya
İtaliya – Avstriya – 1:0
Roma. 73303 tamaşaçı
Hakimç: Joze Roberto Rayt

18 iyun 1994. ABŞ
ABŞ – Isveçrə - 1:1

Pomtiak. 73425 tamaşaçı
Hakim: Fransisko Lamolina

10 iyun 1998. Fransa
Braziliya – Şotlandiya – 2:1

Sen-Deni. 80000 tamaşaçı
Hakim: Xose Qarsiya Aranda

31 may 2002. Koreya və Yaponiya
Fransa – Seneqal – 0:1

Seul. 62561 tamaşaçı
Hakim: Ali Budjsaim

9 iyun 2006. Almaniya
Almaniya - Kosta-Rika 4:2

Münhen. 66000 tamaşaçı
Hakim: Orasio Elisondo