Berti Foqtsun xələfi: Biz Messi ilə oynamırıq!
12.06.2010 - 11:41
Dünya çempionatının final mərhələsinin ilk turunda Argentina ilə qarşılaşacaq Nigeriya yığması mundiala sensasiya ilə başlamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, afrikalıların isveçli baş məşqçisi Lars Laqerbek ikiqat dünya çempionlarına təslim olmayacaqlarını bildirib: “Mən əminəm ki, biz çox yüksək səviyyədə oynamağa hazırıq. Əlbəttə ki, Argentina favoritdir. Amma təslim olmaq fikrimiz yoxdur. Oyunumuzu müdafiədən hücuma və əksinə sürətlə keçmək üzərində quracağıq”.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da vaxtilə rəhbərlik etdiyi “Super qartallar”ın çalışdırıcısı 2009-cu ilin ən yaxşı futbolçusu Lionel Messinin əks düşərgədə olmasından da çəkinmir: “Messi? Biz ona qarşı yox, Argentina ilə oynayırıq. Messiyə qarşı fərdi oynamaq faydasızdır”.
Qeyd edək ki, Argentina – Nigeriya oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

- BOK-un tibbi ekspertindən Bakıda elmi-praktik təlim - FOTO
- Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib - FOTO
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
0
0