Ağacan Abıyevə hörmətsizlik edən erməni boksçuya ağır cəza
18.06.2010 - 17:25
Ağacan Abıyevə hörmətsizlik edən erməni boksçuya ağır cəza
Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında hakimlərin qərarına hörmətsizlik edən Ermənistan boksçusu Azat Ovanisyan cəzalandırılıb. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev məlumat verib.

Eyni zamanda Avropa Boks Konfederasiyasının vitse-prezidenti və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə komitəsinin üzvü olan Abıyev Ovanisyanın 2 il müddətinə diskvalifikasiyaya məruz qaldığını bildirib.

Qeyd edək ki, Avropa çempionatı 5 – 12 iyunda baş tutub. Həmin yarışda 57 kq çəki dərəcəsində çıxış etmiş Azat Ovanisyan 1/4 finalda Tayron Makkullaxa (İrlandiya) uduzub – 3:6. Məğlubiyyəti həzm edə bilməyən erməni boksçu hakim Makkullaxın əlini yuxarı qaldırmaq istəyərkən, onun yanında durmaqdan imtina edib. Daha sonra o, əlcəyini çıxararaq, tullayıb. Bu zaman əlcək Abıyevin də oturduğu münsiflər heyətinin qarşısındakı stolun üstünə düşüb.