Fabio Kannavaro İtaliya yığmasından getdi
25.06.2010 - 17:00
İtaliya yığmasının kapitanı Fabio Kannavaro beynəlxalq karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında biabırçı məğlubiyyətindən sonra 36 yaşlı futbolçu millidə bir daha oynamayacağını açıqlayıb.
“Mən 2006-cı ildə dünya çempionu olduqdan sonra yığma karyeramı bitirmək istəyirdim. Lakin hələ oynamaq gücündə olduğumu və azarkeşlərin dəstəyini hiss edib belə qərar vermədim” – deyə, Kannavaro bildirib.
“Qızıl top” mükafatının sahibi CAR-dakı çıxışlarının İtaliyanın tarixinə qara hərflərlə yazıldığı qənaətindədir: “Yadımdadır, 2006-cı ildə mətbuat konfransına dünya kuboku ilə gəlmişdim. İndi isə əliboş qayıtdığım üçün jurnalistlərin qınaq obyektivinə çevrilmişəm. Qrup sonuncusu olduğumuz üçün adımızı tarixə qara hərflərlə yazdırdığımızı da başa düşürəm. Amma siz də bizi başa düşün. Axı komandamızın da 4 illik əziyyəti puç oldu”.
Qeyd edək ki, İtaliya yığmasının heyətində çıxış edən futbolçular arasında rekord Kannavaroya məxsusdur. O, “Skuadra Adzurra”nın heyətində 136 dəfə meydana çıxıb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0