Bert van Marveyk: Utanın braziliyalılar, utanın!
03.07.2010 - 10:00
“Braziliyalılar utanmalıdırlar. Onlar bizi daha çox təxribata çəkməyə cəhd edirdilər, nəinki biz onları”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Hollandiya yığmasının baş məşqçisi Bert van Marveyk deyib.
DÇ-2010-un 1/4 finalında Braziliya yığması üzərində əzmkar qələbə (2:1) qazanan “narıncılar” qızıl medallara əsas iddialı olduqlarını sübut etdilər. Avtoqol etdikdən sonra Aryen Robbenə qarşı kobudluğa görə qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçi Felipo Melo qarşı tərəfi bilərəkdən təxribatda ittiham edib. Bunu əsassız sayan van Marveyk braziliyalıların cavabını verib: “Mən Robbenə qarşı qayda pozuntusunun video təkrarına baxdım. Fikrimcə, Braziliya futbolunun bütün nümayəndələrinə utandırıcı olmalıdır”.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0