“Qızıl top”un sahibinə mahnı həsr etdilər
21.07.2010 - 13:56
Uruqvay milli komandasının futbolçusu Dieqo Forlana mahnı həsr olunub. Apasport.az saytının məlumatına görə, uruqvaylı bəstəkar Maks Kapote hücumçu haqda mahnı yazmaq arzusunu gerçəkləşdirib. Buna Dieqonun CAR-da keçirilən dünya çempionatının final mərhələsindəki oyunu ilə Uruqvay yığmasını yarımfinala daşıması səbəb olub.
Bəstəkar az qala milli qəhrəmana çevrilən həmyerlisinin “Qızıl top”a layiq görülməsindən sonra lap ilhama gəlib: “Mundial ərəfəsində söz vermişdim ki, Forlan ən yaxşı oyunçu seçilsə, onun şərəfinə oda yazım. Onun oyunu məni məftun etdi. Mən bu mahnını cəmi 3 saata bəstələdim. Artıq bu mahnı Uruqvayda hitə çevrilib”.
Qeyd edək ki, Dieqo dünya çempionatının ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatına layiq görülüb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0