Ağacan Abıyev: Kütləvilik varsa, nəticə də olacaq!
22.07.2010 - 14:56
“Kəmaləddin Heydərovun Azərbaycan Boks Federasiyasına prezident seçilməsindən iki il keçir. Bu müddətdə böyük işlər görülüb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib.
Bu gün jurnalistlərlə görüşən federasiya rəsmisi ölkə boksundakı dəyişikliklərdən danışıb: “Ümumiyyətlə, federasiyanın işinə təkcə medallar və nəticələrə görə qiymət vermək düzgün deyil. Son iki ildə Azərbaycanın bütün bölgələrində olan zalların, boksla məşğul olanların ümumi sayı da artıb. Bu isə kütləviliyin artması deməkdir. Kütləvilik varsa, nəticə də olacaq. Federasiyamızın prezidentinin gəlişindən sonra təşkilatı işlərdə də fərq böyükdür. 2007 və 2009-cu illərdə Bakıda keçirilən turnirlərdə iştirak edən AİBA nümayəndələri iki il ərzində müşahidə olunan fərqi fantastika kimi dəyərləndirdilər”.
Abıyev gələn il Bakıda keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun necə qazanılmasını da açıqlayıb: “AİBA-nın İcraiyyə Komitəsinin Mərakeşdə təşkil olunan iclasında iştirak edirdik. Orada 2012-ci ildə baş tutacaq London olimpiadasına Avropa zonası üzrə seçmə turnirinin yeri də müəyyənləşməli idi. Bizimlə yanaşı, daha 5 namizəd var idi. Biz 2012-ci ilin mart-aprel aylarında təşkil ediləcək bu yarışın təşkilatçılığına səsvermədə aşkar üstünlüklə yiyələndik. Lakin sonradan məlum oldu ki, 2011-ci ilin dünya çempionatına ev sahibliyi edəcək Cənubi Koreyanın Pusan şəhəri bundan imtina edib. Seçmə turnirin əvəzinə bu yarışın təşkilatçılığının bizə verilməsi səsə qoyuldu və qərar qəbul olundu. Əvvəldən bizə verilən yarış isə həmin səsvermədə ikinci olan Türkiyəyə həvalə olundu. Qeyd edim ki, dünya çempionatı Olimpiadaya əsas seçmə yarış sayılır. Burada lisenziya qazana bilməyənlər isə hər qitə üzrə təşkil olunan turnirdə 2-3 vəsiqə üçün mübarizə aparır”.
Boks üzrə dünya çempionatını qəbul etmək üçün hazırlıq işlərinin getdiyini bildirən Abıyevin sözlərinə görə, artıq bu yöndə işlər də görülüb: “Gənclərin dünya çempionatında 466 nümayəndəni qəbul etdik. Böyüklərin yarışında isə bu rəqəm ən azı 600 nəfərə çatacaq. Bunun üçün müəyyən işlər görülməlidir. Məsələn, qonaqları qəbul edəcək mehmanxananın inşası başa çatmaq üzrədir. Dünya çempionatına 320 nəfərlik müasir mehmanxana hazır olacaq. Bundan başqa, Boks Mərkəzi ilə bağlı planlarımızı da gerçəkləşdirəcəyik. Burada mehmanxana, idman zalları və s, bir sözlə əsl idman kompleksi olacaq. O ki, qaldı dünya çempionatının Heydər Əliyev adına İdman Konsert Kompleksi və ya “Sərhədçi”də keçirilməsinə, buna AİBA nümayəndələri qərar verəcəklər”.
Federasiyanın vitse-prezidenti AİBA rəhbərliyinin növbəti islahatlarının bizə ziyan vuracağını açıqlayıb: “İndi də 11 çəki dərəcəsini 10-dək azaltdılar. Bu dəfə 48, 51, 54 və 57 kq-dək olan çəki dərəcələrini birləşdirib 3 çəki – 49, 52, 56 kq-dək olan çəki dərəcələri ilə əvəz etdilər. Bu çəki dərəcələrində bizim güclü idmançılarımız var idi. Əgər əvvəl burada 4 nəfərlə təmsil olunurduqsa, indi bu rəqəm 3-ə yenəcək”.
Abıyev ölkə boksçuları üçün daha bir yarışın keçirilməsini zəruri sayır: “İldə bir dəfə təşkil olunan ölkə çempionatı idmançılar üçün çox azdır. Ona gərə qərara almışıq ki, oktyabrın 1-5-də Azərbaycan kuboku yarışlarını təşkil edək”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0