Avropa çempionumuz göldə boğuldu
26.07.2010 - 10:47
Azərbaycan samboçusu, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mikayıl Orucov dünyasını dəyişib. 18 yaşlı idmançı Gürcüstanda göldə çimərkən boğulub.
Bu barədə apasport.az saytına idmançının şəxsi məşqçisi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Orucov qonşu ölkəyə hansısa turnirdə iştirak etmək üçün yollanmayıbmış: “Orucov səfərə Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə yollanıb. Günorta nahardan sonra 5-6 uşaqla birgə gölə çimməyə gediblər. Lakin suda qıc olub və üzə bilməyib. Nəticədə boğularaq, dünyasını dəyişib”.
Qeyd edək ki, Dmanisidəki göldə həyatını itirən Orucovun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0