Topalov Rusiyaya gəlməyə razılıq verdi
28.07.2010 - 23:07
Bir qədər əvvəl bolqarıstanlı sabiq dünya çempionu Veselin Topalovun 8 şahmatçının iştirakı ilə dünya şahmat tacı uğrunda Kazanda (Rusiya) keçiriləcək iddiaçıların yarışında iştirakdan imtina etdiyi xəbəri yayılmışdı. Bu məlumat isə Beynəlxalq Şahmat Federasiyası (FİDE) həmin turnirə ev sahibliyi etmək hüququnu Bakıdan alıb Kazana verəndən sonra ortaya çıxmışdı.
Apasport.az saytının xəbərinə görə, guya ki, Bakıya üstünlük verən Topalov Rusiyada oynamaq istəməyib. Lakin bolqar şahmatçının şəxsi meneceri Silvio Danilov həmin məsələyə aydınlıq gətirib onların düzgün başa düşülmədiyini bildirib: "Topalov Rusiyada oynamaqdan imtina etməyib. O sadəcə, Rusiyada bu ölkənin təmsilçiləri ilə hansısa bir titul uğrunda oynamaqdan boyun qaçırıb. Topalov Rusiyada keçiriləcək namizədlərin turnirində, eləcə də sentyabrda Xanti-Mansiyskdə təşkil ediləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək. Sabiq dünya çempionu Olimpiadada Bolqarıstan yığmasının heyətində 1-ci lövhədə oturacaq".

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0