Cahangir Əsgərov veteranlara 200 manat təqaüd ayırdı
29.07.2010 - 14:06
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov 6 veteran ağırlıqqaldırana ömürlük təqaüdün verilməsi haqda qərar qəbul edib. Bu haqda Lent.az-a AAAF-ın icraçı direktoru İskəndər Əsgərov məlumat verib.
Onun sözlərinə görə, vaxtilə müxtəlif beynəlxalq və SSRİ çempionatlarının mükafatçısı olmuş Mirzə Hüseynov, Məmməd Üseynov, Vaqif Hüseynov, Akif Alıyev, Şirxan Ağayev və Təranə Abbasova hər ay 200 manat təqaüd alacaqlar.
Qeyd edək ki, bu məbləğin ödənişinə artıq indidən başlanılıb. Lakin noyabrda keçiriləcək AAAF-ın yaradılmasının 85 illik yubiley tədbirində Cahangir Əsgərov 6 veterana təqaüdü şəxsən təqdim edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0