Daha bir atletimiz Avropa çempionatının finalında
30.07.2010 - 09:28
İspaniyanın Barselona şəhərində keçirilən atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan atletlərindən Layeş Abdullayevadan sonra Hayle İbrahimov da adını final mərhələsinə yüksələn idmançılar siyahısına yazdırıb.
5000 metr məsafəyə qaçışda finiş xəttinə çıxan təmsilçimiz yer aldığı qrupda bütün rəqiblərini qabaqlamağı bacarıb. Milliləşdirilmiş legionerimiz bu məsafəni 13:32,98 saniyəyə qət etməklə, həm də yeni rekordunu müəyyənləşdirib. O, iyulun 31-də keçiriləcək həlledici mərhələdə İspaniya, Ukrayna, İrlandiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Fransa və Rusiya idmançıları ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, 3000 metr məsafədə Azərbaycanın idman şərəfini qoruyan Layeş Abdullayeva bu gün final mərhələsində mübarizə aparacaq.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0