Bolqarıstanlı legionerlər Bakıya gəldilər
10.08.2010 - 12:15
Ağır atletika üzrə Azərbaycan yığmasına cəlb edilməsi gözlənilən 5 bolqarıstanlı idmançı Bakıya gəlib. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov verib.
O bildirib ki, bu atletlər təcrübəli olsalar da, 1 ay baxışdan keçmələrinə ehtiyac var: “Düzdür, komandamızda iştirakı gözlənilən idmançılar təcrübəli və kifayət qədər titulludurlar. Lakin baş məşqçi Yanko Rusev onları yenidən sınaqdan keçirmək istəyir. Bu ağırlıqqaldıranlar avqustun sonuna kim ölkəmizdə qalacaqlar. Onlar əvvəlki formalarında olsalar, Bolqarıstan Ağıq Atletika Federasiyası ilə sənədləri qayasına salacağıq”.
Qeyd edək ki, yığmamız Afina Olimpiadasının bürünc medalçısı Veleçko Çolakov, 2007-ci ildə Tailandda keçirilən dünya çempionatının qalibi İvan Stoitsov, Angel Petrov, Rumyana Petkova və Silviya Angelovanı transfer etmək istəyir.

- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0