“Azərbaycandan aldığım təklif daha cəlbedici idi” - FOTO
10.08.2010 - 13:04
“Mən 6 ay öncə Hollandiyaya yollanmışdım. Lakin Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusev mənə zəng edərək, söhbət etmək istədiyini bildirdi. Mən də razılaşdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Afina Olimpiadasının bürünc medalçısı Veleçko Çolakov deyib.
Bolqarıstanlı atlet 4 il dopinq qəbul etdiyi üçün yarışlardan kənarlaşdırılsa da, bu müddətin başa çatmasına 2 il qalıb. Son vaxtlar milli komanda ilə hazırlıq keçməyən Çolakov bildirib ki, Hollandiyada çıxışını davam etdirmək istəsə də, Yanko Rusevin təklifi onu fikrindən yayındırıb: “Mən azad agentəm. Heç kimdən asılılığım yoxdur. Hollandlar məni milliyə cəlb etməyə hazırlaşdırırdılar. Lakin son anda Azərbaycandan aldığım təklif daha cəlbedici idi. Mənim də ailəm və uşağım yemək istəyir. Vətəndaşlığımı dəyişəcəyəmsə, heç kim məni qınamasın. Hollandiyada olduğum aylarda çörək pulu üçün diskotekada təhlükəsizlik xidmətində işləyirdim. London Olimpiadası isə karyeramda sonuncu möhtəşəm yarış ola bilər. Bunun üçün özümü yenidən sübut etməliyəm”.
Qeyd edək ki, Veleçko Çolakov +105 kq çəki dərəcəsində Afina-2004-ün bürünc mükafatı ilə yanaşı, həmin il Avropa çempionu, 2003-cü ildə dünya çempionatının gümüş və 2006-cı ildə qitə birinciliyinin bürünc medalına sahib olub.

- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0