Lisenziya qazanmağa getmişdi, 93-cü yeri tutdu
11.08.2010 - 09:30
Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın axırıncı günü də Azərbaycan yığması üçün uğursuz olub.
Belə ki, stend atıcılığının skit növündə böyük ümidlər bəslənilən Emin Cəfərov 93-cü pillədən yuxarı qalxa bilməyib. Onun komanda yoldaşı Xanhüseyn Bağırov isə 111-ci yeri tutub.
Qeyd edək ki, milli komandamız Almaniyaya 13 idmançı ilə yollanmışdı. London Olimpiadasına lisenziya verən dünya çempionatında snayperlərimizdən ən yaxşı nəticəni Olimpiya çempionumuz Zemfira Meftəhəddinova göstərib. O, yarışı 8-ci pillədə başa vurub.

- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0