Azərbaycan idmançısı Avropa yığmasında!
11.08.2010 - 23:09
Sentyabrın 4-5-də Xorvatiyada atletika üzrə qitələrarası dünya kuboku keçiriləcək. Həmin turnirdə iştirak etmək üçün Azərbaycan yığmasının efiopiyalı legioneri, Avropa çempionatında 5000 metr məsafəyə qaçış yarışında üçüncü yeri tutan Xayle İbrahimov da Avropa yığmasından dəvət alıb. Ancaq buna baxmayaraq, atletimiz dəvət olunduğu həmin yarışa qatıla bilməyəcək. Bunun səbəbi isə stayerimizin mükafat qazanaraq, tarix yazdığı Avropa çempionatında zədə almasıdı.
Bu haqda yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə daha ətraflı məlumat verib: "Bu təklifi müsbət qarşılamışdıq və elə düşünürdük ki, Xayle həmin yarışda iştirak edə bilər. Lakin sonradan məlum oldu ki, stayerimizin zədəsinin tam bərpa olması üçün ən azı 3 həftə gərəkdi. Bu müddət başa çatandan sonra isə dünya kubokunun başlanmasına cəmi 10 gün qalacaq. 10 gün ərzində isə idmançının tam formaya düşüb yarışa qatılması mümkün olan şey deyil. Odur ki, Xaylenin Xorvatiyaya getməsi mümkün olmayacaq".
Barselonada 3000 metr məsafəyə qaçışda 6-cı yeri tutan digər atletimiz Layeş Abdullayevin hazırda bərpa prosesi keçdiyini vurğulayan baş məşqçinin sözlərinə görə atletlərimizin növbəti sınaq meydanı oktyabrın 17-də İstanbul şəhərində startı veriləcək Avrasiya marafonu olacaq. Həmin yarışda isə ölkəmizi Layeş Abdullayeva, Xayle İbrahimov və Tilahun Əliyevdən ibarət trio təmsil edəcək. Bu yarış London Olimpiadasına təsnifat xarakteri daşıyan turnirlərə hazırlıq prosesi kimi qiymətləndiriləcək.
Sentyabrın 26-da isə kişilər arasında marafon qaçış və 50 km məsafəyə idman yerişi üzrə keçirilməsi nəzərdə tutulan turnirdə isə atletlərin London-2012-yə lisenziya qazanmaq imkanları olacaq. Lisenziya xarakterli turnirlərsə, əsasən 2011-ci ilin əvvəlindən başlayacaq.
Bu arada baş məşqçi Məhərrəm Sultanzadə yığmanın lideri olan Ramil Quliyevin Barselonada keçirilən Avropa çempionatına qatılmamasının səbəbinə də aydınlıq gətirib: "AÇ-2010-dan öncə Ramil Quliyev İsveçrədə kommersiya xarakterli bir turnirdə iştirak etdi və 200 m məsafəni 20,77 saniyəyə qət edərək, finişə ikinci çatmışdı. Ramil bu nəticə ilə AÇ-də yalnız 7-ci ola bilərdi. Digər tərəfdən isə İsveçrədə Ramil birbaşa finalda iştirak edib. Ancaq AÇ-də o finala qədər daha iki mərhələni keçməliydi. Onun ayağında zədəsi olduğu üçün finala düşmək ehtimalı da az idi. Çünki onun zədəsi hər an özünü göstərə bilərdi. Bundan sonra isə onun yenidən bərpa olması üçün uzun bir vaxt gözləməli olacaqdı. Ona görə də biz onu yarışa buraxmağa risq etmədik".
Mənbə: “Ekspressfutbol” qəzeti

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0