Daha bir idmançımız Olimpiadada qızıl medal qazandı
16.08.2010 - 14:36
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığması daha bir qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu gün 52 kq çəkidə qızların yarışında ölkəmizi təmsil edən Patimat Baqometova bütün rəqiblərinə qalib gələrək, Olimpiya çempionu adına layiq görülüb.
İlk görüşdə əlcəzairli Sabrina Azzouzu 4:0 hesabı ilə məğlub edən təmsilçimiz ikinci görüşdə özbəkistanlı Nilufər Qadayeva üzərində eyni hesablı qələbə qazanıb. Nəticədə yarımfinala yüksələn Baqometova bu mərhələdə Arianna Eustaquionun (Quam adaları) da finala gedən yolunu bağlayıb. Bütün döyüşlərində inamla güləşən xanım idmançımız həlledici mərhələdə isə çinli Yuan Yuana məğlub edib - 3:1.
Qeyd edək ki, Baqometovadan öncə klassik üsulla güləşən Murad Bazarov (42 kq) və Elman Muxtarov da qızıl medala sahib olmuşdular.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0