Əmrə Belözoğlu: Bakıda söylədiklərim hələ də keçərlidir
20.10.2010 - 09:26
"Milli komandadakı gələcəyimlə əlaqədar daha əvvəl söylədiklərim hələ də keçərlidir. Bakıdakı məğlubiyyətdən sonra fikrimdən daşınmamışam. Mən 2012-ci ildə yığmanı buraxacağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının kapitanı Əmrə Belözoğlu deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına səfərdə 0:1 hesablı məğlubiyyətdən dərhal sonra canlı yayımda yığma karyerasını bitirəcəyini açıqlayan yarımmüdafiəçi baş məşqçisi Qus Hiddinki müdafiə edib: “Qrup matçlarına yaxşı başladıq, ancaq son iki oyunda pis nəticələr əldə etdik. Şansımız hələ də davam etməkdədir. Bizim kimi səviyyəli futbolçular üçün bu cür çempionatlara qatıla bilməmək böyük bir problemdir. 2012-ci ildəki çempionata qatılmağı həqiqətən istəyirik. Hiddink doğrudan da böyük müəllimdir. Onun böyüklüyünü müzakirə etməyə belə ehtiyac yoxdur".
Əmrə yığmadakı komanda yoldaşı Arda Turanın Türkiyə futbolunun yetişdirdiyi nadir dəyərlərdən biri olduğunu ifadə edərək, ona da dəstək olub: "Zamanında mənim də Arda Turan kimi problemlərim oldu. Bu cür şeyləri mən də yaşadım. Ardaya dəstək olunması lazımdır. Belə dəyərlər asan yetişmir. Onlara sahib çıxılması lazımdır, köhnəldilməməlidir”.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0