Həşimov yenə qələbə qazana bilmədi
23.10.2010 - 16:35
Bu günün Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin IV turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk 3 turda qara fiqurlarla bolqarıstanlı Veselin Topalov (2803) və çinli Van Yue (2732) ilə heç-heçə edib ağlarla fransalı Etyen Bakroya (2716) uduzan Vüqar Həşimov (2719) bu dəfə yarışın lideri ilə qarşılaşacaq. Ardıcıl ikinci dəfə ağ fiqurlarla oynayacaq qrossmeysterimiz 3 oyundan sonra 2,5 xal toplamış Maqnus Karlsenlə görüşəcək.
IV tur
Vüqar Həşimov (Azərbaycan, 2719) - Maqnus Karlsen (Norveç, 2826) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2803) - Van Yue (Çin, 2732) - 0,5:0,5
Etyen Bakro (Fransa, 2716) - Vişvanatan Anand (Hindistan, 2800) - 1:0
Qeyd edək ki 3 turdan sonra turnir cədvəlinə 2,5 xalla Karlsen başçılıq edir. İkinci yerdə qərarlaşan Anand 2 xala sahibdir. Üçlüyü 1,5 xalla Bakro tamamlayır. 4-6-cı pillərlərdə olan Yue, Topalov və Həşimov isə aktivinə 1 xal yığa bilib.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0