Liderlər Azərbaycan kubokuna qatılmır
07.12.2010 - 11:29
Liderlər Azərbaycan kubokuna qatılmır
Dekabrın 16-da ağır atletika üzrə Azərbaycan kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, federasiyanın 85 illik yubileyinə həsr edilmiş yarışda yeniyetmələr, gənclər, kişilər və veteranlar öz bacarığını nümayiş etdirəcəklər. Yarışda milli komandanın əsas üzvləri iştirakı gözlənilmir. Onların əvəzində yarışın gərgin mübarizə şəraitində keçməsi üçün federasiya Rusiya, Gürcüstan və İrana dəvət göndərib. Lakin hələlik bu ölkələrinin heç biri müsbət cavab verməyib.
Qeyd edək ki, Azərbaycan kuboku 3 gün davam edəcək.