Qasımov uduzdu
13.12.2010 - 11:33
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan yığması üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün tatamiyə çıxan Elmar Qasımov mübarizəni 1/8 final mərhələsində dayandırıb.
100 kq çəki dərəcəsində çıxış edən idmançı ilk döyüşündə kubalı Oreydi Despayneni məğlub etsə də, növbəti cəhddə özbək Utkir Kurbanova uduzub.
Xatırladaq ki, “Böyük Dəbilqə”yə 4 cüdoçu ilə qatılan yığmamızın heyətində yalnız Kifayət Qasımova bürünc medal qazanıb.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0