Bolqarıstanlı legionerin milli komandamızda debütü gecikir
05.05.2011 - 12:14
Azərbaycan yığmasının heyətinə cəlb edilən bolqarıstanlı ağır atlet Valentin Xristovun milli komandamızda iştirakı hələlik baş tutmayacaq. Bu barədə apasport.az saytına Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov verib.
Onun sözlərinə görə, ən pis halda Xristovun yığmamızda rəsmi iştirakı 3 il sonra baş tutacaq: “Hələ ki, Valentinin məsələsi açıq qalıb. Çünki Bolqarıstanda vahid 1 federasiya yoxdur ki, onlardan icazə alaq. Düzdür, biz bu sənədi almışdıq. Lakin beynəlxalq federasiya bunu tanımadı. İndi isə Bolqarıstanda yeni rəhbərliyin seçilməsini gözləyirik. Belə olan halda, yəqin istəyimizə çatacağıq. Amma hər şey planlaşdırdığımız kimi alınmasa, 3 il gözləmək məcburiyyətində qalacağıq”.
Əsgərov bildirib ki, artıq Azərbaycan vətəndaşı olan idmançının isə geriyə qayıtması qeyri-mümkündür: “Xristovun artıq bir daha vətəndaşlığını dəyişməsi mümkün deyil. O, bizim yığmada iştirak edəcək. Lakin bizim sənədi daha tez almaq istəyimiz onun dünya çempionatında və Olimpiadada komandamızda yer almasına hesablanıb”.
Qeyd edək ki, Valentin Avropa çempionatında milli komandamızın heyətində debüt etsə də, sonda onun nəticələri ləğv edilmişdi.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0