Azərbaycana məğlubiyyət yalnız Toramanın başında “partladı”
06.05.2011 - 13:26
“Milli komandaya zədəli olanda da çağırılırdım. Baş məşqçi Quus Hiddinkin mənimlə bağlı fikirləri barədə məlumatım var və onun Avropa çempionatından sonra da haqqımda düşündüyünü bilirəm”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə mili komandasının futbolçusu İbrahim Toraman deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə oyun yəqin ki, Toramanın yaddaşından silinməyəcək. Çünki Berti Foqtsun yetirmələrinə 0:1 hesablı məğlubiyyətdən sonra “ay-ulduzlular”da edilən dəyişiklik futbolçunu əsas komandadan ayrı salıb.
“Beşiktaş”ın formasını geyinən futbolçu bildirib ki, bu məsələ yalnız onun başında “çartlayıb”: “Azərbaycan millisinə uduzduqdan sonra komandada köklü dəyişikliklərin olacağını söylədilər. Lakin, sadəcə mən yerimi itirdim. Məndən başqa dəyişən nə isə olmadı. Özümə güvənirəm. Formada olduğum vaxt mənim köməyimə ehtiyac olarsa, yenidən oynamağa hazıram”.
Qeyd edək ki, 2002-ci ildən “ay-ulduzlu” formanı geyinən 30 yaşlı Toraman 32 matçda 1 dəfə fərqlənib.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0