“Milli komandada dəyişiklik ediləcək”
09.05.2011 - 16:59
“Biz dünya çempionatına yollanmazdan öncə 4 medal qazanacağımız proqnozlaşdırırdıq. Təvəkkül Bayramov, Ramin Əzizov, Elvin Məmmədov və İlkin Şahbazovun medal qazanmalarına ümid böyük idi. Lakin onlardan 3-ü gözlənilən nəticəni reallaşdıra bilmədi”. Bunu apasport.az saytına açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
Təcrübəli mütəxəssis az öncə Cənubi Koreyanın Gyonqju şəhərində keçirilən dünya çempionatında yığmamızın üzvlərinin iştirakına münasibət bildirib: “Bəzi idmançılarımızın yarışı dayandırmasında hakimin də “rolu” az olmadı. Lakin buna baxmayaraq, komandamızın çıxışı bizi qane etmədi. Yalnız Ramin Əzizov vətənə bürünc medalla qayıtdı. Digər taekvondoçularımızın iştirakını isə bir daha analiz edəcəyik. Ola bilsin, mundialın yekununa əsasən bir neçə çəkidə dəyişiklik həyata keçirək. Bunu öncə 58 kq-da edəcəyimiz dəqiqdir. Ardınca isə digər çəkilərdə döyüşləri izlədikdən sonra qərar verəcəyik”.
İmaməliyev Azərbaycana yeganə medal qazandıran Əzizovun nokauta düşməsini bəxtsizliklə əlaqələndirib. Onun sözlərinə görə, Ramin finala yüksəlmək şansının qarşısını məhz gözlənilməz zərbə alıb: “Bu taekvondoçunun sadəcə bəxti gətirmədi. O, zərbəni heç nədən buraxdı. Belə ki, özü hücumda olan vaxtı ayağı sürüşdü və yıxılmaq istəyərkən təsadüfən rəqibin zərbəsinə tuş gəldi. Bunu isə yalnız video təkrardan izləmək mümkündür. Çünki əvvəlcə də biz onun başının yerə dəydiyini fikirləşirdik. Lakin sonda gördük ki, onun döşəyə düşməsinə 50-60 sm qalmış rəqibin zərbəsi boynuna dəyir. Bu problem artıq arxada qalıb. Hazırda özünü yaxşı hiss edir”.
Qeyd edək ki, dünya çempionatında kişi taekvondoçuların mübarizəsində bütün çəkilərdə (8) təmsil olunurduq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0