Şəhriyar Məmmədyarov “Range Rover”lə qəzaya düşdü
13.05.2011 - 05:45
Tanınmış qrossmeysterimiz Şəhriyar Məmmədyarov avtomobil qəzasına uğrayıb. Apasport.az saytının xəbərinə görə, hadisə Sumqayıt şəhəri 13-cü mikrorayon ("Şərq bazarı" adlanan yerdə) ərazisində baş verib.
Şahmatçının idarə etdiyi “Range Rover” "Vaz" 2107 markalı avtomobillə toqquşaraq, ağır qəza vəziyyəti yaradıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol kənarı səkini aşan avtomobil təqribən 25-30 metr kənara sürüşüb.
Son məlumata görə, hadisə nəticəsində itki yoxdur. Məmmədyarovun qolundan və sağ ayağından yüngül zədə ilə qurtulduğu deyilir.
Şahmatçı hadisənin baş verdiyini təsdiqləyib: "Hər şey birdən oldu. Heç nə başa düşmədim. Şükür ki, ölüm-itim yoxdur. Bir balaca qolumda ağrı hiss edirəm. Toqquşduğumuz maşının sürücüsü də sağ-salamatdır”.
Futbolpress

- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0