“Bakıya yollanan idmançılar düzgün yol seçiblər”
16.05.2011 - 13:20
“Bakıya yollanan idmançılar düzgün yol seçiblər”
“Mən təslim olmamışam. Heç vaxt belə niyyətim də olmayıb. Mənim Azərbaycana qayıtmaq üçün biletim var”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının üzvü Veliçko Çolakov deyib.

Bolqarıstanlı ağır atlet ölkəsində verdiyi açıqlamasında bildirib ki, Azərbaycan yığmasında hansısa qalmaqal yoxdur. Onun sözlərinə görə, bu barədə az öncə yayılmış xəbərlərin hamısı şayiədir: “Biz yaxşı şəraitdə məşq edirik və 90% verdiyimiz vədə əməl etmişik. Bilmirəm ki, bu şayiələri kim yayıb. Azərbaycanda bolqarıstanlı ağırlıqqaldıranların üsyanı yoxdur. Ümid edirəm ki, Bakıya yollanan idmançılar düzgün yol seçiblər”.

Bu arada Bolqarıstanı Yanko Rusevin Azərbaycan yığmasından ayrıldığı barədə xəbər də yayıblar. Lakin Afina-2004-ün bürünc mükafatçısı bu məsələyə şərh verməkdən yayınıb.

Qeyd edək ki, az öncə bolqarıstanlı həmkarlarımız Azərbaycan milli komandasında çıxış edən 5 həmyerlilərinin üsyana hazırlaşdığını bildirirdilər.
0