Yanko Rusev haqqında yayılan xəbərlərə münasibət bildirdi
17.05.2011 - 09:09
“Haqqımda yayılan xəbərlər yalnız boş söz-söhbətlərdir. Axı rəsmi məlumat yoxdursa, mənim Bakıdan qovulduğumu necə iddia edə bilərsiniz?” Apasport.az saytının məlumatına görə, bunu ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusev deyib.
Bolqarıstanlı mütəxəssis ölkəsində haqqında yazılanlara münasibət bildirib. Onun sözlərinə görə, həmyerliləri heç bir fakta əsaslanmayan məlumatlar yayıblar.
Rusev deyib ki, Azərbaycan milli komandasında başladığı işi davam etdirməkdə heç 1 problem yoxdur: “Bu xəbərləri yalnız internet səhifələrindən oxumuşam. Komandanın hazırlığı ilə bağlı hər şey qaydasındadır. Sonuncu dəfə federasiya rəhbərliyi ilə təxminən 20 gün öncə görüşmüşəm. Mənə öz işimi davam etdirəcəyimi bildirdilər. Yəni, istefamla bağlı hansısa irad olmayıb”.
Qeyd edək ki, Bolqarıstan mətbuatı Rusevin yığmamızdan qovulduğunu və onu digər həmyerliləri Zlatan Vanevin əvəzləyəcəyini iddia edirlər.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0