Əvvəlcə Almaniya klubu, sonra Azərbaycan yığması
20.05.2011 - 12:19
 Əvvəlcə Almaniya klubu, sonra Azərbaycan yığması
Avro-2012-nin seçmə mərhələsində növbəti oyununu Azərbaycan milli komandası ilə keçirəcək Qazaxıstan yığmasının futbolçusu Henrix Şmitqal klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi iyunun 3-də millimizlə Astanadakı görüş öncəsi Almaniyanın II Bundesliqa təmsilçisi “Qroyter Fyurt”a keçib. Şmitqal yeni komandası ilə 2013-cü ilin iyunun 30-a kimi müqavilə imzalayıb. Onun oynadığı “Rot-Vayss”la müqaviləsi bitib. Komanda 18 komanda arasında 17-ci yeri tutaraq, III Bundesliqaya düşüb. Henrixin daha tanınmış Bundesliqa təmsilçiləri – “Duysburq”, yaxud “Fraybuqr”a keçəcəyi gözlənilsə də, bu, baş verməyib.

Qeyd edək ki, Şmitqal Qazaxıstan yığmasının heyətində cari seçmə mərhələdə 3 oyun keçirib.