Final üçün 4 xalı çatmadı
23.05.2011 - 09:42
ABŞ-ın Fort Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, İradə Aşumova və Nigar Bağırovanın ardınca Ruslan Lunyov da mükafatçılar sırasında yer ala bilməyib.
O, 25 metr məsafəyə atəş açmaqda finala yüksəlməyə yaxın olub. Lakin Lunyovun həlledici mərhələyə yüksəlməsi üçün 4 xalı çatmayıb. 579 xal toplayan Ruslan 12-ci yeri tutub. Təmsilçimiz 50 metr məsafəyə atəşaçma yarışlarında isə 32 pillədə yer alıb.
Qeyd edək ki, Dünya Kuboku London-2012-yə lisenziya xarakteri daşıyırdı.

- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
0
0