Vüqar Nadirov: Qol vuracağımı hələ Bakıda onlara söz vermişdim
05.06.2011 - 12:20
“Qazaxıstana 3 xal üçün gəlmişdik. Ancaq qismət belə alındı ki, uduzduq. Bu, futboldur, hər şey olur”. Bu fikirləri apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Vüqar Nadirov deyib. Milli komandamız Avro-2012-nin seçmə mərhələsində səfər oyunlarında bir qayda olaraq uduzmaqla, hamımızı məyus edir. Halbuki, Qazaxısan yığması ilə Astanadakı görüşdə millimizdən ən azı 1 xal, daha çox qələbə gözləyirdik. Ancaq məğlubiyyət seriyasına son qoyulmadı və bu dəfə 1:2 hesabı ilə uduzduq. Vüqar səfərdə ilk xalı qazanmaq istədiklərini deyərək, bunun əldə edə bilməməkləri səbəbini göstərib: “Qazaxıstan yığması yaxşı komandadır. Normal oynadılar. Düzdür, elə də çox qol imkanları olmadı. Ancaq qələbə qazanmaq istəkləri çox idi. Hiss olunurdu ki, qələbə istəkləri bizdən çoxdur. Məncə, bu, nəticəyə təsir edən əsas səbəblərdən oldu”.
Nadirovun oyuna daxil olması çox uğurlu alındı. Belə ki, 61-ci dəqiqədə meydana daxil olan “Qarabağ”ın 24 yaşlı hücumçusuna hesabı bərabərləşdirmək üçün cəmi 2 dəqiqə yetdi. Buna qədər ötən ilin yayında “Qarabağ”ın heyətində Avroliqada Polşanın “Visla” ilə səfər oyununda qol vuran Vuqara sonradan meydana çıxmaq daha düşərli olur: ”Polşada bundan da erkən fərqlənmişdim. Meydana çıxdığımdan 1 dəqiqə neçə saniyə sonra qol vuraraq, komandama qələbə qazandırmışdım. Bu qol erkənliyinə görə rekord olmuşdu. Bu dəfə də meydana böyük istəklə çıxmışdım. Qol vurmağı çox istəyirdim və buna can atırdım. Allaha şükür, qol vurdum. Ancaq bu, sonda xal qazanmağımız üçün yetərli olmadı. Oxşar epizodda daha bir dəfə fərqlənə bilərdim. Ancaq həmin epizodda tələsdiyimdən, zərbəm dəqiq alınmadı. Meydana çıxdığım zamanı baş məşqçimiz Berti Foqts tapşırıqlarını köməkçisi Vəli Qasımova vermişdi. Dedi ki, mən sol cinahda oynayım, Vaqif Cavadov da mərkəzə çəkilsin”.
Vüqar qazaxlara qol vurmaq üzrə ixtisaslaşıb. Belə ki, Qazaxıstan yığması ilə səfərdəki ilk rəsmi oyunumuzda da fərqlənən hücumçunun onda 20 yaşı vardı. Almatıdakı görüşdə hesabı açan Nadirov bu dəfə yeni paytaxt Astanada öz sözünü dedi: “Bu, Allahın bir qismətidir. Demək olmaz ki, məhz qazaxlara qol vurmaq məndə daha yaxşı alınır. Mən təkcə bu rəqibə yox, hər oyunda qol vurmağa çalışıram. Əsas heyəti baş məşqçi müəyyənləşdirir. Biz futbolçuyuq, nə tapşırıq verirlərsə, onu edirik. Start heyətində, yoxsa ehtiyatda olursansa, bu, bizim üçün fərqi yoxdur. Əsas komandanın uğurudur. Mən həmişə meydana çıxmağa köklənirəm. Fərqi yoxdur 10-15 dəqiqə də məni meydana buraxsa, çıxıb öz oyunumuz oynayacağam”.
Milli komandamızda hər 2 qolunu Qazaxıstan yığmasına vuran Nadirov qol vurduğu zamanı sevincini bölüşmək üçün ehtiyat oyunçular skamyasına qaçaraq, bunu kimlərlə bölüşməsindən danışıb: “Qapıçımız, komanda yoldaşım Fərhad Vəliyev və millimizin meneceri İslam Abbasovun yanına qaçdım. Hələ Bakıda olarkən onlara, Fərhada söz vermişdim ki, qol vuracağam. İnşallah, qol vursam, sevincimi sizinlə bölüşəcəyəm. Fərhad mənə demişdi ki, 20 dəqiqə qalmış meydana çıxıb, qolunu vuracaq, yanıma gələcəksən. Ürəyinə dammışdı ki, qol vuracağam. Qazaxıstanda vurduğum qollar mənim yadımda yaxşı qalacaq”.
Hücumçu milli komandamızın iyunun 7-də Almaniya yığması ilə ev oyununda yaxşı çıxış etməyə çalışacaqlarını bildirib: “Qazaxıstandakı məğlubiyyətə görə məsuliyyəti tək kimsə, 1-2 nəfər yox, hamı daşıyır. Bu, bütün komandanın məğlubiyyətidir. İnşallah, Almaniya ilə oyuna yaxşı hazırlaşırıq. Çalışacağıq ki, azarkeşlərimizi həmin görüşdə sevindirək”.
Mehman SÜLEYMANOV

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0