Rəşad Sadiqov: O, necə hakimdir ki, qayda pozuntusunu görmür?
05.06.2011 - 13:04
“Milli komandama qayıdışımı qələbə ilə qeyd etməyi çox istəyirdim. Buna Qazaxıstan yığması ilə səfər oyununda nail ola bilərdik. Təbii ot örtüyündə oynayandan sonra süni qazonda oynamaq çətindir. Bu zaman ayağında ağrılar olur”. Bu fikirləri apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadiqov deyib. Milli komandamıza 9 aylıq fasilədən sonra qayıdan “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan yığmasına 1:2 hesabı ilə uduzduğumuz səfər oyununu əvəzedilmədən keçirdi.
Oyun qurucusu funksiyasını yerinə yetirən Rəşad 68-ci dəqiqədə qapımıza 2-ci qolu vurulan zamanı diqqət mərkəzinə düşdü. Belə ki, oyunda dubl edən Qazaxıstan yığmasının hücumçusu Sergey Qridin məhz onunla mübarizədən sonra topu alaraq, sonda qol vurdu: “Həmin epizodda hakimin səhvinin olduğunu hamı gördü. Oyunçunu aldatdığım zamanı əlini atıb, çiynimdən tutdu. Bu aşkar qayda pozuntusu idi. Mən də hakimin bunu görüb, cərimə zərbəsi verəcəyinə görə dayandım. Hamımız da buna görə dayandıq ki, hakim qayda pozuntusunu qeydə alacaq. Ancaq o, fitini səsləndirməyərək, böyük səhv buraxdı. Rəqib futbolçu topu qabağına ataraq, qaçmışdı və ona çatmağım qeyri-mümkün idi. Komanda yoldaşlarımın dediyinə görə, baş hakim həmin epizoda yox, kənara, azarkeşlərə baxırdı”.
Məğlubiyyətə görə təkcə özünü günahkar saymayan Sadiqov hamının səhv edə bildiyini söyləyib: “Həmin epizodda rəqibi aldatdığım zamanı topu itirsəydim, bu, başqa məsələ. Rəqib arxadan məni dartıb saxlayırsa, topu məndən belə alırsa, nə edə bilərəm? Bu, açıq-aşkar qayda pozuntusudur. Meydana hakimi nəyə görə qoyurlar? Hakimlik etsin, hər bir şeyi görsün. Hakim də mənə qarşı kobudluğu görmədi. Nəticədə qapımıza 2-ci qol vuruldu və məğlub oldu. Həmin epizoda görə əsas günahkar hakimdir. Biri var ki, ikili mübarizə olsun, ayaqla topu alıb, irəliləsin. Elə olsaydı, deyərdim ki, ikili mübarizədə məni aldatdı. Ancaq biri də var ki, belə kobudluq olsun. O, arxadan əlini ataraq, məni dayandırır və topu məndən bu yolla alır. Daha bundan sonra cərimə zərbəsi təyin edilməməyinə nə qiymət verəsən? Baş məşqçimiz Berti Foqts də oyundan sonra qayda pozuntusu olduğunu bildirdi”.
Foqts hakimin Şotlandiyadan, yəni britaniyalı olduğundan, hər epizoda görə fitini səsləndirməyəcəyini oyundan sonra futbolçuların diqqətini çatdırdığını dedi. Təbii ki, futbolçularımız, o cümlədən Rəşad görüşün baş hakimi Euan Norrisin belə idarəçiliyini nəzərə almalı idi: “Bunlar bizə deyilmişdi. Ancaq mübarizəyə üstünlük verildiyi, daha əllə oynamağa yox. Doğrudan da britaniyalı hakimlər əllə oynamağa da pis baxırlar. Belə oynayan, formanı tutub, dartan hər bir futbolçuya sarı vərəqə verməyə çalışırlar. Amma həmin epizodda heç qayda pozuntusu qeydə almadı. Deyilənə görə, həqiqətən də onda tribunaya baxırmış. Yalnız rəqibin topun məndən almasından sonranı görüb. O, necə hakimdir ki, aşkar qayda pozuntusu olan epizoda baxmır? Təbii ki, bütün günahı hakimin üzərinə atmıram. Məğlub olduq və buna görə çox təəssüflənirəm. Çalışacağıq ki, bundan nəticə çıxardaraq, Almaniya ilə görüşdə yaxşı oyun göstərək”.
Mehman SÜLEYMANOV

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0