Hiddinkin yerinə Berti Foqts
05.06.2011 - 14:17
Avro 2012-nin seçmə qrup oyununda Belçika ilə 1:1 hesablı heç-heçəyə nail olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin İngiltərənin “Çelsi” klubuna keçmək ehtimalı var. Apasport.az saytının məlumatına görə, bunu nəzərə alan Türkiyə Futbol Federasiyaları mümkün keçidin baş tutacağı halda yığmanın baş məşqçisi postuna kimi gətirəcəyini fikirləşir. Qardaş ölkə rəsmiləri deyəsən axtardıqlarını ölkəmizdə tapıblar. Belə ki, almaniya mətbuatı yığmamızın baş məşqçisi Berti Foqtsun Türkiyə yığmasını çalışdıracağını istisna etmir.
Məsələ ilə bağlı açıqlama vermək istəməyən Foqts sualdan dən yayınıb: “İndi Almaniya ilə oyuna hazırlaşırıq. Kazaxıstanla matçdakı məğlubiyyəti bu görüşdə qazanacağımız xalla unutdurmaq istəyirik”.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev isə məsələyə belə münasibət bildirib: “Almaniya ilə oyunda xal qazana bilsək, Berti Foqtsla müqavilənin müddətini o, istədiyi tarixə qədər uzada biləcəyik”.
AFFA-nın baş katibi Elxan Məmmədov isə ömürlük müqavilə imzalansa belə, istənilən vaxt hadisələrin axarının dəyişə biləcəyini vurğulayıb: “Futbolda hər şey ola bilər. Hətta Berti Foqts Türkiyəyə də gedə bilər”.
Qeyd edək ki, hazırda Türkiyə yığması ilə eyni qrupda mübarizə aparan millimizi Berti Foqtsun rəhbərliyi altında qardaş ölkənin millisini ötən ilin oktyabrında Bakıda keçirilən oyunda 1:0 hesabı ilə məğlub edib. 2008-ci ildən Azərbaycanda çalışan 62 yaşlı mütəxəssisin anlaşması bu ilin oktyabrında başa çatacaq.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0