“Deməli biz bərbad oynamışıq”
05.06.2011 - 14:46
“Deməli biz bərbad oynamışıq”
“Zəif oynadıq. Qazaxıstanın bizə qarşı belə oynayacağını gözləmirdik. Daha doğrusu onlar zəif oynayıblarsa, deməli biz bərbad oynamışıq və məğlub olmuşuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran yarımmüdafiəçi Qazaxıstandakı 1:2 hesablı məğlubiyyətin səbəbkarını axtarmaq üçün çox uzağa getməyə ehtiyac olmadığını bildirib: “Səbəbi özümüzdə axtarmaq lazımdır. Həm də bu yığma karyeramda ilk rəsmi oyunum idi. Qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Almaniya ilə oyunda heç olmasa bir xal qazanmağa çalışacağıq”.