Əfran İsmayılov: Polislər bunu məndən təəccüblə soruşdular
05.06.2011 - 16:35
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Milli komandamızda ilk rəsmi oyununuzu keçirdiyiniz Qazaxıstan yığması ilə səfər görüşü yadınızda necə qaldı?
- Rəqib ilk hissədə bir az üstün oynamasına olmasına baxmayaraq, 90 dəqiqə bərabər səviyyəli oyun getdi. Onların elə də çox qol imkanları olmadı. İkinci hissədə eyni səviyyədə oyun getdi. Qol imkanlarımız olsa da, bundan yalnız birindən istifadə edə bildik. Qazaxıstan yığması isə 2 qol vuraraq, bizə qalib gəldi. Biz buna nail olmalı idik, başqa variant yox idi. 0:1-dən sonra irəli atıldı, tezliklə hesabı bərabərləşdirdik. Ancaq bundan sonra gərək bir az gözləyirdik. Biz isə hücuma atılaraq, qələbə topunu vurmağa çalışdıq. Nəticədə isə öz qapımızda qol gördük.
- Belə demək olar ki, taktiki cəhətdən səhv oynadınız?
- Yox. Mən deməzdim ki, taktiki səhv oynadıq. Belə olsaydı, hələ ilk hissədə qol buraxardıq. Onda biz az zəif oynasaq da, fasiləyə kimi qapımızın toxunulmazlığını qoruya bildik. Sadəcə, hesabı 1:1 etdikdən sonra özümüz bir az da həvəsləndik. Fikirləşdik ki, daha bir qol vurub, qələbə qazana bilərik. Ancaq özümüz qol buraxdıq.
- Qazaxıstan yığması ilə oyunda millimizi məğlubiyyətdən qurtarmaq üçün özünüzün yaxşı qol imkanınız oldu. Ancaq görüşün sonunda olan bu vəziyyətdən istifadə edə bilmədiniz. Buna nə mane oldu?
- İlk qolumuzda Vüqar Nadirova məhsuldar ötürmə verə bildim. Daha sonra özüm qola bilərdim. Ancaq təəssüf ki, buna nail ola bilmədim. Zərbəm istənilən kimi alınmadı, qapının çox üstündən keçdi.
- Bərabər səviyyəli oyun olduğunu dediniz. Ancaq rəqib fiziki cəhətdən daha hazırlıqlı idi, daha sürətli, istəkli oynayırdı, qələbəyə layiq idi. Milli komandamızın baş məşqçisi Berti Foqts da oyundan sonra mətbuat konfransında bunları qeyd etdi. Niyə biz bu komponentlərdə qazaxlardan geri qalmalıyıq ki?
- Bunları düz deyirsiniz. Sizin sözlərinə qüvvət bir şey deyim. Hava limanında Qazaxıstanın polisləri niyə uduzduğumuzu məndən təəccüblə soruşdular. Məgər Qazaxıstan yığması bizdən güclüdür? Onlar öz ölkələrinin yığmalarını zəif sayırlar. Baxırsan ki, güclü rəqib deyillər, ancaq onlara uduzuruq. Qazaxıstan yığması ilə keçmişdə qaldı. Onu qaytarmaq olmaz. Bu məğlubiyyəti unudub, Almaniya yığması ilə görüşə köklənməliyik. İnşallah, həmin ev oyununda nəticə bizim üçün çox vacibdir. İndi almanlarla görüş haqda fikirləşməliyik. Güclü rəqiblə oyunda xal qazanmaq çalışacağıq.
- AFFA rəhbərliyi sizin üçün bu dərəcədə yüksək səviyyədə şərait yaradır. Ancaq bunun əvəzini bilməyərək, zərbə alırsınız...
- Sizinlə razıyam. Bizdən nəticə tələb etməyə haqları çatır.
- Milli komandamız nə vaxt bizləri sevindirəcək?
- Bunun üçün öz üzərimizdə daha çox işləyib, artırmalıyıq. Özümüzə inanmalı, güvənməli, qələbə qazanmalıyıq. Belə baxanda məşqlərdə həddindən artıq çox çalışırıq. Ancaq oyunda bunu göstərə bilmirik.
Mehman SÜLEYMANOV

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0