Azərbaycan milli komandasının Dünya Kuboku üçün heyəti açıqlandı
06.06.2011 - 08:39
İyunun 11-12-də Estoniyanın paytaxtı Tallində keçiriləcək kişilər arasında Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışda yığmamız baş məşqçi Ağayar Axundzadə və məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 10 cüdoçu ilə mübarizə aparacaq.
Həmyerlilərimizdən Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Asim Xələfov (hər üçü 60 kq), Tərlan Kərimov, Rüstəm Orucov (hər ikisi 66 kq), Ramil Qasımov, Eldar Qasımov (hər ikisi 73 kq), Ramin Qurbanov (90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, 2 gün davam edəcək yarışda 1-ci yer 100, 2-ci yer 60, 3-cü yeri tutan idmançı isə 40 lisenziya xalı qazanacaq.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0