Almaniya yığması Bakıda pley-offa vəsiqə qazanacaq
06.06.2011 - 11:20
Almaniya yığması Bakıda pley-offa vəsiqə qazanacaq
Almaniya millisi üçün Avro-2012-nin seçmə mərhələsində Bakıdakı oyun böyük önəm daşıyır. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün baş məşqçisi olduğu komanda Azərbaycan yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda qalib gələrsə, cari seçmə mərhələdə qələbə seriyasını 7-yə çatdırıb, ən azı 2012-ci il Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaq. Yəni hesabında 21 xal olacaq Bundestim ən azı 2-ci yeri özü üçün təmin edəcək.

Təbii ki, yüz faiz nəticə göstərən almanlar bununla qane olmaq fikrində deyillər və qrupda mübarizəni elə 1-ci yerdə bitirəcəkləri demək olar heç kimdə şübhə doğurmur. Birinci yer isə gələn Ukrayna və Polşada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanır və Bundestim də buna nail olmaq fikrindədir.

Lövün komandası uğurlu start və əsas rəqibləri olan Belçika ilə Türkiyə yığmalarının xal itkiləri nəticəsində onlarla xal fərqini çox artırdı. Almaniya yığması Bakıdan sonra 3 oyunu qalır ki, bunlardan 2-si ən yaxın izləyiciləri – səfərdə Türkiyə, evdə Belçika ilədir. Digər tərəfdən, ən azı pley-offda oynamağı təmin etməyin özü də bir nəticədir və bu, Bakıdakı görüşün əhəmiyyətini daha da artırır. Bu mənada Bundestim final mərhələsinin bir addımlığında olsa da, futbolumuzun 100 illik yubileyində millimizə, baş məşqçisi həmyerlisi Berti Foqts olsa belə güzəştə gedəcəyi real görünmür.

Millimiz isə heyətlə bağlı ciddi itkiləri olan almanların qalib gəlməsinə imkan verməzsə, onu cari seçmə mərhələdə ilk büdrədən komanda olacaq. Lövün komandası son oyunu olan Avstriya yığması ilə səfər oyununa kimi yeganə qolu bizdən buraxmışdı. Bu, startda 1:6 hesabı ilə uduzduğumuz görüşdə hücumçumuz Vaqif Cavadovun künc zərbəsindən sonra vurduğu qol idi. Əslində avstriyalılar Vyanada 1:2 hesabı ilə uduzduqları oyunda qolu özləri vurmamış, buna rəqibin müdafiəçi Arne Fridrixin avtoqolu sayəsində sevinmişdilər. Deməli, qapıçı Manuel Noyerin yeganə qolu bizdən buraxıb. Görəsən, almanlardan ilk xalı alan da biz olacağıq?

Qeyd edək ki, sabah qrupumuzda yeganə oyun Respublika stadionundakı görüşdür.

1

Almaniya

6

6

0

0

19-2

18

2

Belçika

7

3

2

2

15-10

11

3

Türkiyə

6

3

1

2

 9-7

10

4

Avstriya

6

2

1

3

10-10

7

5

Azərbaycan

5

1

0

4

4-15

3

6

Qazaxıstan

6

1

0

5

2-15

3



Mehman SÜLEYMANOV