UEFA milli komandamıza “qəddar” hakimlər göndərir
06.06.2011 - 13:54
UEFA Azərbaycan və Almaniya millilərinin görüşünə daha çox Yunanıstandan hakimlər təyin etməyi üstün tutur. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 2-ci dəfə bu yığmalarının oyununda idarəçiliyi yunanlara etibar edir.
Məlum olduğu kimi, Avro-2012-nin seçmə mərhələsində sabahkı matçın baş hakimi 35 yaşlı Mixail Koukoulakis olacaq. Ona Xristos Baltas və Leonidas Vasileidais köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Vasilios Pamporidis yerinə yetirəcək.
Milli komandamızın DÇ-2010-un seçmə mərhələsində Almaniya yığması ilə 2009-cu ilin sentyabrın 9-da Hannover şəhərindəki “AWD-Arena” stadionundakı oyununu 39 yaşlı Anastasios Kakos idarə etmişdi. Kakos 0:4 hesabı ilə uduzduğumuz oyunda bizə sərt üzünü göstərdi. Belə ki, o, görüşün 53-cü dəqiqəsində həmin vaxt kapitanımız olan Samir Abasovu 2-ci sarı vərəqə verərək, meydandan çıxardı.
Koukoulakisi də bizə qarşı “qəddar” hakim saymaq olar. Belə ki, ixtisasca həkim olan referi 19 yaşlılardan ibarət yığmamızın 2009-cu ilin oktyabrın 14-də danimarkalı həmyaşıdlarına böyük hesabla uduzduğu (0:3) görüşdə 2 futbolçumuza qırmızı vərəqə göstərib.
Milli komandamızın Almaniya yığması ilə debüt oyunu (0:2) Bakıda olub ki, onun idarəçiliyi Alen Kellinin başçılıq etdiyi irlandiyalı hakimlərə tapşırılmışdı. Cari seçmə mərhələdə 2010-cu ilin sentyabrın 7-də Kölndə Almaniya yığmasına 1:6 hesabı ilə uduzduğumuz matçı idarə edən isə Markus Stromberqsson ümumiyyətlə, vərəqə göstərməyib.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0