Löv yenə jurnalistlərimizə qarşı hörmətsizlik etdi
06.06.2011 - 19:50
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yenə azərbaycanlı jurnalistlərə qarşı hörmətsizlik edib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 2009-cu ilin avqustunda ölkəmizə ilk səfərində olduğu kimi, oyun öncəsi mətbuat konfransına gəlməyib. Halbuki bu gün Lövün Bakıya səfərdən az sonra “Hyatt Recensy” otelində mətbuat konfransı keçirəcəyi açıqlanmışdı.
Lövün əvəzinə jurnalistlər qarşısına çıxan Almaniya yığmasının meneceri Oliver Birhoff baş məşqçinin gəlməməyini hörmətsizlik saymayaraq, onun tərəfini saxlayıb. Birhoffun sözlərinə görə, Bundestimin çalışdırıcı indi bütün diqqətini Avro-2012-nin seçmə mərhələsində milli komandamızla sabahlı oyuna yönəldib: “Löv son günlərdə mətbuata çox müsahibə verib. Jurnalistlərlə ünsiyyət quraraq, onların suallarını cavablandırıb. Ancaq indi bütün fikirləri Azərbaycanla qarşıdakı oyunla bağlıdır və görüşdən sonra onun fikirlərini öyrənə bilərsiniz”.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0