Oliver Birhoff: Berti Foqts bizdən güzəşt gözləməməlidir
06.06.2011 - 21:35
“Azərbaycana qələbə dalınca gəlmişik. Əlbəttə, bunu qazanmağımız asan olmayacaq. Biz Bakıya ilk səfərimizdə millinizə 2:0 hesabı ilə qalib gəldiyimiz oyunla yanaşı, yığmamızın sonradan evdə Rusiya yığması ilə heç-heçə etdiyini, Türkiyəni məğlub etməsini də xatırlayırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının sabahkı rəqibi olan Almaniya milli komandasının meneceri Oliver Birhoff bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. Bu vəzifədə ilk dəfə 2009-cu ilin avqustunda ölkəmizə gələn tanınmış futbolçu onda da azərbaycanlı jurnalistlər qarşısına çıxmışdı.
Yenidən Azərbaycan səfər etməsindən şad olan Birhoff heyətlə bağlı ciddi problemlərinin olmasına baxmayaraq, millimizə güclərini göstərəcəklərini bildirib. O, baş məşqçiləri Yoahim Lövün Qazaxıstan yığmasını millimizdən güclü söyləməsi ilə bağlı fikrini belə şərh edib: “Biz hər 2 komandanı bərabər səviyyəli sayırıq. Azərbaycanın Türkiyə ilə oyunundan sonra buna əmin olduq. Öz qrafikamızı saxlamaq üçün Bakıya oyundan 1 gün əvvəl gəldik. Ancaq bunun komandaya ziyan dəyəcəyini saymıram. Futbolçularımız peşəkar kimi işlərini yaxşı bilirlər”.
Bundestimin meneceri evdə daha yaxşı təsir bağışlayan milli komandamızdan sürpriz gözləyir: “Hər şey ola bilər. Ancaq Azərbaycan yığması ilə oyunda sürprizin baş verməməyi üçün hər şey edəcəyik. Cari seçmə mərhələdə qələbə seriyamızı Bakıda da davam etdirmək istəyirik. Liderliyimizi qorumaq fikrindəyik”.
Birhoff 1996-cı ildə futbolçu kimi rəhbərliyi altında oynadığı, Çexiya yığması ilə finalda etdiyi dublla Avropa çempionluğu qazandırdığı Berti Foqtsa güzəştə getmək fikrində olmadıqlarını bildirib: “Foqts mənim də yığmada baş məşqçim olub. Ancaq o, bizdən güzəşt gözləməməlidir. Milli komandanız uduzsa belə, Foqtsun vəzifəsində qalmalı olduğunu hesab edirəm. Azərbaycan yığmasına rəqib kimi hörmət etməliyik. Onu qiymətləndirməsək, bizi cəzalandıra bilərsiniz. Ancaq oyuna hazır olduğumuzdan, sizinlə görüşdən çətinlik gözləmirik”.
Azərbaycan futbolu haqda geniş məlumatı olmayan 43 yaşlı veteran hücumçu milli komandamıza tövsiyələrini də çatdırıb: “Almaniyaya qalib gəlməyiniz üçün ilk növbədə bizdən çox qol vurmalısınız. Meydanda daha hərəkətli olub, qısa ötürmələrə üstünlük verməlisiniz. Yığmanız yaxşı əks-hücum edir, hücumçularınız da pis deyil. Sadəcə, əks-hücumlardan daha ağıllı istifadə etməlisiniz”.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0