5 idmançımız lisenziya dalınca İngiltərəyə yollanır
06.07.2011 - 01:00
5 idmançımız lisenziya dalınca İngiltərəyə yollanır
13-18 iyulda İngiltərənin Şeffild şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçiriləcək. London-2012-yə lisenziya xalı verən yarışda milli komandamız da iştirak edəcək. Bu barədə apasport.az saytına Azərbaycan Qılıncoynama Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, sözügedən mötəbər turnirdə idmançılarımız 2 proqramda mübarizə aparacaqlar: “Aidə Ələsgərova, Səbinə Mikina, Sevil və Sevinc Bünyatova bacıları sablya, Yuliya Nelübova şpaqa növündə təmsil olunacaqlar. Qılıncoynadanlarımız həm şəxsi, həm də komanda yarışında iştirak edəcəklər”.