“Elə strategiya müəyyənləşdirməmişik ki, məşqçi özü ilə 5-6 futbolçu gətirsin”
05.12.2011 - 20:15
“Fatih Kavlakın baş məşqçi postunda ilin və ya mövsümün sonuna qədər çalışacağı açıq qalıb. Bununla bağlı qərarı klub prezidenti verəcək”. Bunu apasport.az saytına “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Qış fasiləsi yaxınlaşdıqca klublar transfer çalışmalarına başlayıb. Amma elə klublar var ki, baş məşqçi postuna müvəqqəti təyinat reallaşdırılıb. Toni Adamsın istefasından sonra “Qəbələ”də bu postu ingilisin köməkçisi olmuş Fatih Kavlak tutub.
Bəs, transfer çalışmaları necə, türkiyəli məşqçinin istəyi əsasında reallaşdırılacaq? Nəcəfov bu suala konkret cavab verə bilməyəcəyini deyib: “Kavlakın qalıb-qalmayacağı ilin sonuna qədər qazanılacaq nəticələrdən asılıdır. Bundan sonra klub prezidenti səviyyəsində qərar veriləcək”.
Klub rəsmisi, ümumiyyətlə transfer siyasətinin digər klublardan fərqlənəcəyini də deyib: “Biz elə strategiya müəyyənləşdirməmişik ki, hər gələn məşqçi özü ilə 5-6 futbolçu gətirsin. Elə plan qurmuşuq ki, futbolçuların gəlib-getməsi ondan asılı olmasın. Düzdür, baş məşqçinin taktikasına uyğun futbolçular alınır. Amma köklü dəyişiklik edilmir”.
Zədəli olduğuna görə hazırda vətənində olan Deon Barton gələn ildən komandanın düşərgəsində olacaq. Yamaykalı müqavilə ilə kluba bağlıdır. Bu arada Mahir Şükürovun məsələsinə toxunan Nəcəfov UEFA-dan cavab almadıqlarını deyib: “Mahirin məsələsi ilə bağlı araşdırma davam edir. Cavab gözləyirik”.
Premyer Liqanın XV turunda “Sumqayıt Şəhər”lə baş tutan oyunun əvvəlcə əsas meydançada keçiriləcəyi deyilsə də, sonradan qarşılaşma Hacallı kəndindəki stadionda reallaşdı. Səbəb kimi əsas meydançasının ot örtüyünün qorumaq olduğu bildirildi. Vitse-prezident gələcəkdə bu cür problemlə üzləşməyəcəklərini bildirib: “4 təbii örtüklü meydançamız var. İkisi də tikilir. Onlardan biri demək olar, hazırdır. Həmin meydançanın altında istilik sistemi də çəkilib. Yaya qədər həmin məkandan yararlanmaq mümkün olacaq. Digərində isə işlər davam edir. Bir sözlə, artıq hava şəraiti bizə mane olmayacaq”.

0
0