Dağıstan Azərbaycana rəqib oldu
13.12.2011 - 12:07
Dağıstan 2018-ci ildə keçiriləcək yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında Azərbaycana rəqib olub. Apasport.az saytının məlumatına görə, Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Məhəmmədsalam Məhəmmədov Dərbənddə mötəbər yarışın keçirməkləri ilə bağlı Rusiya Olimpiya Komitəsinə sifariş ərizəsi göndərdiklərini bildirib.
Olimpiada-2018-ə Azərbaycan və Rusiya ilə yanaşı, Böyük Britaniya, Kolumbiya, Argentina, Nigeriya və Hollandiya ev sahibliyi etməyə iddialıdır.
Sifariş vərəqələrinin verilməsinin son müddəti 2012-ci il martın 1-də başa çatacaq. Möhtəşəm Oyunların keçiriləcəyi ölkənin adı isə 2013-cü ilin iyununda açıqlanacaq.
Qeyd edək ki, daha öncə Rusiya Dövlət Dumasının sədr müavini, Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və konkisürmə üzrə Olimpiya çempionu Svetlana Jurova Olimpiada-2018 üçün Bakı və Dərbəndin ortaq təşkilatçılığı ilə bağlı sifariş ərizəsinin verilməsinin gözlənildiyini bildirmişdi.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0