Bir hədəfdən yayındıq, digərini düz nişan aldıq
10.01.2012 - 11:33
Bir hədəfdən yayındıq, digərini düz nişan aldıq
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Sissi Raytla kapitanı Şəfəq Nəsirova üçün FİFA-nın sorğusunun nəticəsi uğursuz olub. Apasport.az saytının məlumatına görə, ölkəmizdən dünyanın ən yaxşı qadın futbolçusuna səs verənlər yaponiyalı qalib Homare Savanı düz tapmayıb. Raytla Nəsirova son 5 ildə sorğuda qalib olan məşhur braziliyalı futbolçu Martanı 1-ci yerdə göstəriblər. Ancaq o, bu dəfə sorğuda yalnız 2-ci olub.

Almaniyalı çalışdırıcımız Savanı ümumiyyətlə, ilk “üçlüy”ə daxil etmədiyi halda, Şəfəq heç olmasa 3-cü yerdə göstərib. Sorğuda 3-cü olan amerikalı Embi Vambaxı hər 2 təmsilçimiz namizədləri arasına daxil edib. Onun neçənci olmağını isə Rayt düz tapıb. Yəni Nəsirovun 2-ci göstərdiyi Vambax 3-cü olub.

Ən yaxşı qadın məşqçisinə gəlincə, burada çalışdırıcı ilə kapitan hədəfi düz nişan alıb. Onların da göstərdiyi kimi, Yaponiya yığmasına ötən il dünya çempionluğunu qazandıran Sasaki Norio ən yaxşı qadın məşqçisi seçilib.

Mehman SÜLEYMANOV