Yığmamıza qarşı oynayan futbolçu ölkə prezidenti olmaq istəyir
10.01.2012 - 14:05
“Mançester Yunayted” və Fransa yığmasının sabiq futbolçusu Erik Kantona ölkə prezidenti olmaq iddiasındadır. Apasport.az saytının məlumatına görə, 46 yaşlı futbol veteranı Fransa prezidentliyinə seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Bunun üçün Erik fevralın sonuna kimi 500 imza toplamalıdır. Seçkilər isə aprelin 22-də baş tutacaq. Əgər 2-ci tura ehtiyac olarsa, bu, mayın 6-da baş tutacaq.
Qeyd edək ki, Fransa yığmasında 45 oyuna 20 qol vuran Kantona futbolçu karyerasını 1997-ci ildə başa vurub. O, 1994-cü il dekabrın 13-də Trabzonda baş tutan Azərbaycan – Fransa görüşündə (0:2) də meydana çıxıb. Sonradan çimərlik futbolunda peyda olan Erik Fransa yığmasında oynayan məşqçi, 2005-11-ci illərdə isə məşqçi olub.

- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
0
0